04 May 2019, 21:07
FUTBOL
Ukrayna Premyer Liqasında XXVII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" da növbəti oyununu keçirib.
Sözügedən komanda səfərdə "Dinamo" ilə qarşılaşıb. Kiyevdə keçirilən oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Qarşılaşmaya start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 27 oyundan sonra aktivində 48 xal olan "Aleksandriya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.