İspaniya Sequndasında XXXVII tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon" da növbəti oyununu keçirib.

Sözügedən komanda "Osasuna"nı qəbul edib. Oyunda hesab açılmayıb.

Qarşılaşmaya start heyətində başlayan Eddi 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 37 oyundan sonra aktivində 51 xal olan "Alkorkon" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest