Çilili qapıçı Kristobal Kampos qəza nəticəsində ayağını itirib. Matc.az xəbər verir ki, “San Antonio Unido” klubunun qolkiperi avtomobil qəzasına düşüb, nəticədə sağ ayağı topuq səviyyəsindən qismən amputasiya olunub.
Hadisədən dərhal sonra xəstəxanaya aparılan 25 yaşlı futbolçunun ayağının tam kəsilməməsi üçün həkimlər əllərindən gələni ediblər. Klubun prezidenti Gilyermo Li Kampos vəziyyəti belə izah edib: “Həkim uğurlu əməliyyata ümidin olduğunu deyirdi. Aldığım ilk məlumat o oldu ki, Kristobalın ayağını maşından çıxarmaq üçün kəsiblər. Dəhşətli idi və bu, xəstəxanaya gəldiyim məlumat idi”.
Çili millisinin sabiq üzvü ayağının damar sistemindən xüsusi əməliyyat olunub. Bir müddət sonra ayağın işləyib-işləməyəcəyi bəlli olacaq.