İngiltərə Premyer Liqasında elitanı tərk edəcək sonuncu komanda müəyyənləşib. Matc.az sayatının məlumatına görə, buna XXXVII turdakı görüşlərdən sonra aydınlıq gəlib.

Evdə "Kristal Pelas"a 2:3 hesabı ilə məğlub olan "Kardiff"in gələn mövsümü çempionşipdə keçirəcəyi dəqiqləşib. Son tur öncəsi aktivində 31 xal olan "Kardiff" 17-ci pillədəki "Brayton"dan 4 xal geri qalır.

Qeyd edək ki, buna qədər "Haddersfild" və "Fulhem"in də Premyer Liqanı tərk edəcəyi bilinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest