"Bavariya"nın futbolçuları Aryen Robben və Frank Riberinin taleyinə rəsmən aydınlıq gəlib. Münhen təmsilçisi hər iki oyunçunun mövsümün sonunda yola salınacağını bəyan edib.
"Bavariya"nın futbolçuları Aryen Robben və Frank Riberinin taleyinə rəsmən aydınlıq gəlib. Matc.az xəbər verir ki, Münhen təmsilçisi hər iki oyunçunun mövsümün sonunda yola salınacağını bəyan edib.
Məlumatda ulduz futbolçuların başa çatmaqda olan müqavilə müddətinin yenilənməyəcəyi vurğulanıb: "Frank və Aryen böyük futbolçulardı. "Bavariya" xidmətlərinə görə, hər ikisinə minnətdarlıq edir. Onlar klub tarixində mühüm yer tuturlar".
Qeyd edək ki, Riberi 2007, Robben isə 2009-cu ildən Bundesliqa klubunun formasını geyinir. Fransalı 22, hollandiyalı da 19 titul əldə edib.