05 May 2019, 16:00
FUTBOL
"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek daha bir klubun gündəmindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real"dan sonra "Tottenhem" də gənc oyunçuya "elçi düşüb".
London klubu 22 yaşlı orta sahə oyunçusuna aparıcı futbolçuları olan Kristian Eriksenə layiqli əvəzləyici gözü ilə baxır. Eriksen "Real"a yollansa, "Tottenhem" boşluğu məhz van de Beklə doldurmağa çalışacaq.
Gənc futbolçunu "Bavariya" və Dortmund "Borussiya"sı da diqqətdə saxlayır.