21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Qəbələdədi. Çalışdırıcı köməkçisi Vladimir Kozulla birlikdə akademiyanın qonağı olub. Qonaqlar bölgə təmsilçisinin U-17 komandasının səhər məşqini izləyib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Qəbələdədi. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, çalışdırıcı köməkçisi Vladimir Kozulla birlikdə akademiyanın qonağı olub.

Bölgə təmsilçisinin U-17 komandasının səhər məşqini izləyən qonaqlar meydançalar və akademiya binası ilə tanış olduqdan sonra Halim Fıçıcı, Nail Kərimov və Famil Xəlilovla birlikdə fikir mübadiləsi aparıblar.

Onlar bu gün Topaz Premyer Liqasının XXVII turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Neftçi" matçını da canlı izləyəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest