Qazaxıstan Premyer Liqasında IX turun oyunları keçirilir. Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" səfər görüşünə çıxıb. Kostanay təmsilçisi Almatıda "Kayrat"ın qonağı olub.

Qazaxıstan Premyer Liqasında IX turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" səfər görüşünə çıxıb.

Kostanay təmsilçisi Almatıda "Kayrat"ın qonağı olub. Balayevin çərçivəni qoruduğu qarşılaşmanın taleyini 1 qol həll edib. Baurzhan Turisbekin 87-ci dəqiqədə vurduğu yeganə qol "Tobol"a səfərdə 3 xal qazandırıb - 1:0.

Bu qalibiyyət sayəsində xallarının sayını 20-yə çatdıran "Tobol" 2-ci pillədəki mövqeyini möhkəmlədib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest