"Kimyaçılar"ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Sumqayıt" Misli Premyer Liqasının VI turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Ayxan Abbasov mübariz komanda qurub. Tez qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün fürsətimiz oldu. Amma yararlana bilmədik. Oyunun sonunda rəqib qapandıqca bizim qol vurmağımız çətinləşdirdi. Gələcək oyunlara hazırlaşacağıq. Belə period hər komadanın başına gəlir. Çempionatın əvvəlidir. Futbolçular tam hazır deyillər. Amma bu, bəhanə deyil.

- Ardıcıl 3 oyundur məğlub olursuz. Bu durumdan çıxmaq üçün ümidiniz var?
- Əlbəttə var. Uşaqlar tam formaya düşəndə nəticələr də olacaq. Bu gün fiziki baxımdan balanslı komanda deyilik. Belə əziyyətlər çəkəcəyimizi bilirdik. Hələ çempionatın əvvəlidir. Keçən il də belə problemlər yaşamışdıq. Pis gündə səbrli olmalıyıq. Dava-dalaşla nəsə qazana bilmərik.

- Rəqibin hündür boylu mərkəz müdafiəçiləri olduğu halda futbolçularınız göylə ötürmələrə üstünlük verirdi. Bu, nə ilə bağlı idi?
- Cərimə meydançasında təhlükəli ol bilmirdik. Buna görə də rəqib oyunçuların səhv edəcəyinə ümid edirdik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest