Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İngiltərəni UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakını dayandıra, üstəlik, hökumətin futbola müdaxiləsinə görə bu ölkəni 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək hüququndan məhrum edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, potensial kənarlaşdırma, konsepsiyası Böyük Britaniyanın əsas siyasi partiyaları tərəfindən təklif edilən müstəqil futbol tənzimləyicisinin mümkün yaranması ilə əlaqədar baş verə bilər. Bu tənzimləyici ingilis klublarının lisenziya sisteminə nəzarət etməli, onların sahiblərini və direktorlarını yoxlamalı və əsas qərarlarda azarkeşlərə söz verməlidir.
Vurğulanır ki, UEFA-nın baş katibi Teodor Teodoridis artıq Böyük Britaniyanın Mədəniyyət, Media və İdman naziri Liza Nendiyə məktub göndərib və məktubda "hökumətin futbolun inkişafına heç bir müdaxiləsi olmamalı" olduğunu vurğulayıb.
Theodoridis məktubunda belə bir tənzimləyicinin yaradılması ideyasına nikbin yanaşan İngiltərə Futbol Assosiasiyasının (FA) "UEFA və FİFA nizamnaməsinə uyğun olaraq" müstəqilliyini qorumalı olduğunu vurğulayıb.