Avropada daha iki ölkənin çempionu müəyyənləşib. Matc.az saytının məlumatına görə, Danimarka və Avstriyada qızıl medalların sahibi bəlli olub.

Danimarka Superliqasının XXXIII turunda "Brondbü" üzərində qələbə qazanan (3:2) "Kopenhagen" sona 3 tur qalmış ən yaxın izləyicisini 14 xal qabaqlayaraq, çempionluğunu rəsmiləşdirib. Bununla komanda tarixində 13-cü dəfə ölkə çempionatının qalibi olub.

Avstriya Bundesliqasında isə XXIX turda "Austriya"nı səfərdə məğlub edən (2:1) "Zalsburq" əlçatmaz olub. Komanda ardıcıl 6-cı, ümumilikdə isə 13-cü çempionluğunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest