"Meydana daxil olmağım penalti qazanmağımızla bağlı deyildi. Dəyişiklik öncədən planlaşdırılmışdı. Çünki həmin vaxt kənardan hakimin icazəsini gözləyirdim. Penalti deyil, cərimə zərbəsi olsaydı, yenə topa mən zərbə vuracaqdım".

"Mənim meydana daxil olmağım penalti qazanmağımızla bağlı deyildi. Dəyişiklik öncədən planlaşdırılmışdı. çünki həmin vaxt kənardan hakimin icazəsini gözləyirdim". Matc.az saytının məlumatına görə, bunu "Aue"nin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Azərbaycan millisinin futbolçusu II Bundesliqanın XXXII turunda "Reqensburq" üzərində səfər qələbəsində böyük rol oynayıb. Belə ki, hesab 1:1 olarkən 60-cı dəqiqədə meydana daxil olan Nazarov komandasının qazandığı penaltini qola çevirib və ilk toxunuşdaca toru silkələyib.

Oyunla bağlı Almaniya mətbuatına danışan Nazarov II Bundesliqada yerinə yetirdiyi 13-cü penaltini də qola çevirməsinin sirrini açıqlayıb: "Əgər penalti deyil, cərimə zərbəsi olsaydı, yenə topa mən zərbə vuracaqdım. Amma düzünü deyim ki, məndə heç vaxt olmayıb ki, ilk toxunuşum cəza olsun. Bu, ağlasığmazdı. Penalti yerinə yetirərkən, topun qapından keçməyəcəyi ehtimalını heç vaxt düşünmürəm. Hələ əvəzlənərkən cərimə meydanına doğru qaçanda topu sol küncə göndərəcəyimi qərarlaşdırmışdım. Qapıçı da həmin küncü dəqiq bilmişdi. Ancaq zərbəni dəf edə bilmədi".

Səfər qələbəsi (3:1) sayəsində "Aue" çempionatdakı yerini təmin edib. 29 yaşlı yarımmüdafiəçi buna sevindiyini də söyləyib: "Kluba, azarkeşlərə və özümə görə sevinirəm. Hər kəs buna layiq idi. özümü yaxşı hiss edirəm və indi mövsümü major notda tamamlamaq istəyirəm. Tək istəyim oynamaqdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest