Fanatlar klubun İdarə Heyətinin sədri İlqar Nadirini istefaya səsləyiblər.

Misli Premyer Liqasının VII turunun açılış matçında “Kəpəz” “Şamaxı”nı qəbul edir. Matc.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada istefa şüarları səslənib.

Belə ki, 16-cı dəqiqədə hesabda geri düşən gəncəlilər 3 dəqiqə sonra ikinci topu qapılarından buraxıblar. Bu isə tribunalarda yer alan “Kəpəz” azarkeşlərini özündən çıxarıb. Fanatlar klubun İdarə Heyətinin sədri İlqar Nadirini istefaya səsləyiblər.

Onlar rəhbərliyi "rədd olun, gedin!" şüarlarına qonaq ediblər.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan matçda “Kəpəz” 0:2 hesabı ilə uduzur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest