06 May 2019, 12:30
FUTBOL
Türkiyə Superliqasında liderliyi ələ keçirən "Qalatasaray" transfer çalışmalarına da başlayıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi ilk keçidini reallaşdırmağa çox yaxındı.
Belə ki, Nigeriyanın "Enyiba" klubunda çıxış edən Valentine Ozornvafor "cim-bom"un maraq dairəsindədi. Bir müddətdə "sarı-qırmızılılar"ın skautları tərəfindən izlənilən mərkəz müdafiəçisi üçün danışıqlar artıq yekunlaşmaq üzrədi. 19 yaşlı futbolçu Türkiyə klubu ilə ilkin razılıq əldə edib. Klubların da bu yaxınlarda ortaq məxrəcə gəlməsi gözlənilir.
Qeyd edək ki, Nigeriya yığmasının digər futbolçusu Henri Onyekuru hazırda icarə əsasında "Qalatasaray"ın formasını geyinir.