06 May 2019, 13:14
FUTBOL
İspaniya La Liqasını cari mövsümdə tərk edəcək 2-ci klub məlum olub. Matc.az xəbər verir ki, XXXVI turda "Valensiya"ya doğma azarkeşləri önündə 2:6 hesabı ilə məğlub olan "Hueska"nın elitanı tərk edəcəyi dəqiqləşib.
Sona 2 tur qalmış 20 iştirakçı arasında sonuncu sırada qərarlaşan bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdü.
36 turda 30 xal toplayan "Hueska" növbəti mövsüm İspaniya Sequndasında çıxış edəcək. "Hueska" ilə yanaşı, "Rayo Valyekano" da bu mövsüm La Liqa ilə vidalaşıb.