Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Matc.az saytı xəbər verir ki, cədvəldə ilin ilk dörd ayında keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular yer alıb.

Siyahıya Yeni Zelandiya millisinin və "Vellinqton" klubunun oyunçusu Ross Allen başçılıq edir. O, klubda vurduğu 11 qolla hamını qabaqlayır. Qətərli Ali Almoez ("Əl-Duhayl") 10 qolla ikinci sırada qərarlaşır. Aktivində 8 qol olan Fahad Al-Muvallad (Səudiyyə Ərəbistanı, "Əl-İttihad") isə ilk "üçlüy"ü qapayır.

Qeyd edək ki, siyahıya yığmada və qitə kuboklarında ümumilikdə 5 və daha çox qol vuran 29 futbolçu salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest