"Ayaks"ın kapitanı Matteys de Liqt "Mançester Yunayted"dən təklif alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" 20 yaşlı mərkəz müdafiəçisinə astronomik məbləğ təklif edib.

Belə ki, "qırmızı şeytanlar" ona həftəlik 250 min funt-sterlinq ödəməyə hazır olduğunu bəyan edib. Lakin karyeranı puldan üstün tutan de Liqt ingilislərə "yox" cavabını verib. "Yuventus" və "Barselona"nın diqqət mərkəzində olan Hollandiya millisinin üzvünün ikincilərlə anlaşması gözlənilir.

Qeyd edək ki, Matteys de Liqt 2016-cı ildən "Ayaks"ın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest