"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri "Mançester Yunayted"in yeni baş məşqçisi ola bilər.
"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri "Mançester Yunayted"in yeni baş məşqçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, Alleqrinin namizədliyini 1986-2013-cü illərdə "qırmızı şeytanlar"a rəhbərlik etmiş Ser Aleks Ferqyuson şəxsən dəstəkləyib.
Bundan başqa, "İnter"də çalışan italiyalı mütəxəssis Simone İnzaqi də "Mançester Yunayted" rəhbərliyində komandanın yeni baş məşqçisi vəzifəsinə namizədlərdəndir.
Hazırda Mançester klubuna niderlandlı mütəxəssis Erik ten Haq rəhbərlik edir. İngiltərə çempionatının altı turundan sonra "Mançester Yunayted" 7 xalla 13-cü yerdədir.