07 May 2019, 12:09
FUTBOL
PSJ-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü "Mançester Siti"nin maraq dairəsindədi.
"Şəhərlilər" bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisinin ilk təklifi 150 milyon avro və iki futbolçu - Benjamin Mendi və Qabriel Jezuşdan biri olub. Ancaq çətin ki, fransızlar buna müsbət cavab versin. çünki PSJ forvardı 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.
Qeyd edək ki, Neymar bu mövsüm Liqa1-də keçirdiyi 16 oyunda 14 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.