Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda "Qarabağ" növbəti oyununa çıxıb.
Matc.az xəbər verir ki, təmsilçimiz doğma meydanda İsveçin "Malmö" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ" I turda səfərdə "Tottenhem"ə məğlub olub. Təmsilçimiz III turda oktyabrın 24-də Niderlandın "Ayaks" komandasını qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
"Qarabağ" – "Malmö" - 1:2
Qollar: Juninyo, 15 // Erik Botheym, 20, 47
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, Yordanis Aptosoqlu, Aleksandros Tsakalidis.
Var: Angelos Evangelu.
AVAR: Atanasios Tzilos.
Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 97. Fabian Buntiç, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 55. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Adday, 27. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
"Malmö": 27. Yohan Dahlin, 25. Qabriel Busanello, 19. Kolin Rösler, 18. Pontus Yansson, 17. Yens Striger, 16. Oliver Berq, 23. Lasee Berq Yonsen, 8. Serxio Pena, 10. Anders Kristiansen (k), 20. Erik Botheym, 9. İsak Kies Telin
Ehtiyyat oyunçular: 1. Fridrix, 30. Persson, 5. Rieks, 7. Rosengren, 13. Olsson, 14. Yörgensen, 22. Ali, 32. Qudyonsen, 34. Lukili, 35. Zetterström, 37. Skoqmar, 38. Bolin.
Baş məşqçi: Henrik Ridström.