AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VIII turunun oyunlarındakı neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, komitə bəzi klubları cərimələyib.

“Araz-Naxçıvan” – “Səbail” və “Neftçi” – “Sumqayıt” oyununda qonaqlar 700 manat cərimələnib. Buna səbəb “Səbail”in 4, “Sumqayıt”ın 6 futbolçusunun sarı vərəqə alması olub.

“Şamaxı” – “Turan Tovuz” görüşündə isə birincilərin 4, ikincilərin 5 üzvü sarı vərəqə alıb. Bu üzdən hər iki klub 700 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest