07 Oktyabr 2024, 13:32
FUTBOL
Almaniya Bundesliqasının VI turunda “Ayntraxt”la səfərdə qollu bərabərə qalan “Bavariya” (3:3) aparıcı futbolçularından da birini itirib. Matc.az xəbər verir ki, hücumçu Harri Keyn zədə alıb.
İngiltərə millisinin üzvü bu səbəbdən 72-ci dəqiqədə əvəzlənib. Ulduz futbolçu həkimin müdaxiləsindən sonra meydançaya qayıtsa da, mübarizəni davam etdirə bilməyib və əvəzlənib. Keynin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
“Bavariya” bu nəticədən sonra 14 xalla turnir cədvəlinə başçılıq edir. Keyn cari mövsüm Bundesliqada 5 qol, 5 assistlə yadda qalıb.