07 Oktyabr 2024, 17:16
FUTBOL
Minifutbol üzrə U-23 millimiz Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsindəki ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv Serbiyanın eyni yaş qrupuna uduzub.
Oyun Serbiyanın 5:1 hesablı qələbəsi ilə nəticələnib. Millimizin yeganə qolunu 11-ci dəqiqədə Ziya Məmmədli vurub.
Dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan yığması sabah Hindistan, oktyabrın 9-da isə Çexiya ilə qarşılaşacaq.