07 May 2019, 17:08
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata ölkəsinə qayıtmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı futbolçu "Barselona" ilə ilkin razılıq əldə edib.
Yayda azad agent statusu daşıyacaq İspaniya millisinin üzvü "Mançester Yunayted"in yeni sözləşmə təklifini rədd edib. Hələ yanvardan kataloniyalılarla danışıq aparan Mata ildə 5 milyon avro maaş almağa razıdı. Futbolçu İspaniya çempionu ilə 2+1 illik müqavilə bağlamaq istəyir.
Qeyd edək ki, Xuan Mata bu mövsüm Premyer Liqada 22 oyun keçirib, 3 qol, 4 assistlə yadda qalıb.