07 May 2019, 19:35
FUTBOL
Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, Samara klubu zədə səbəbindən iki oyunçusunun xidmətindən məhrum olub.
Qış transfer dönəmində "Spartak"dan transfer edilən gürcü əsilli Jano Ananidze və əslən azərbaycanlı olan Aleksandr Səmədov zədələniblər. Həkimlərin bildirdiyinə görə, hər iki futboçu üçün mövsüm erkən bitib.
Qeyd edək ki, Səmədov "Krılya Sovetov"un heyətində 9 oyun keçirib və 3 məhsuldar ötürmə edib, Ananidzenin aktivində isə 8 oyuna 1 qol və 1 ötürmə var.