İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısı açıqlanıb. Matc.az saytının məlumatına görə, ən yaxşı olmaq uğrunda 4 nəfər qiyabi mübarizə aparacaq.

Premyer Liqanın rəsmi saytında baş tutacaq səs vermədə azarkeşlər Nunu Eşpiritu Santu ("Vulverhempton"), Pep Qvardiola ("Mançester Siti"), Yürgen Klopp ("Liverpul"), Maurisio Poçettinodan ("Tottenhem") birini seçəcəklər.

Səsverməyə mayın 9-da yekun vurulacaq. Qalibin adı isə həmin ayın 14-də açıqlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest