07 May 2019, 22:48
FUTBOL
"Real"ın və İspaniya millisinin keçmiş baş məşqçisi Xulen Lopeteqiyə yeni müştəri çıxıb. Matc.az saytının məlumatına görə, ispan çalışdırıcı Münhenə köçə bilər.
Onunla "Bavariya" maraqlanır. Alman nəhəngi Lopeteqiyə Niko Kovaçın mümkün əvəzləyicisi kimi baxır.
Ancaq sözügedən posta tək namizəd o deyil, belə ki, "Ayaks"la çempionlar Liqasında yarımfinal oynayan Erik Ten Haaq da almanları diqqət mərkəzindədi.
İspan mətbuatı iddia edir ki, "Bavariya" rəsmiləri hər iki çalışdırıcı ilə ön görüşmə reallaşdırıblar.