08 May 2019, 01:07
FUTBOL
PSJ-də komandadaxili xaos davam edir. Matc.az saytının məlumatına görə, baş məşqçi Tomas Tuxellə futbolçular arasında məlum qalmaqaldan sonra bu dəfə yenə Neymar diqqət mərkəzinə düşüb.
Braziliyalı futbolçunun "Monpelye"yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra paltardəyişmə otağında Yulian Drakslerlə mübahisə etdiyi məlum olub.
Məğlubiyyəti həzm edə bilməyən Neymar almaniyalı yarımmüdafiəçiyə "Sən kimsən ki, mənimlə danışasan?! Sən ancaq geri pas atmağı bilirsən" deyib.
Yalnız Tuxel və klub rəsmilərinin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Neymar bir neçə gün əvvəl kubokun finalında "Renn"ə məğlub olduqdan sonra azarkeşlə mübahisə etmiş və onu vurmuşdu.