Mövsümün sonunda Cennaro Qattuzo ilə yollarını ayıracaq "Milan" baş məşqçi axtarışlarnı davam etdirir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, rəhbərliyin siyahısına kimin başçılıq etdiyi müəyyənləşib.

İdman direktoru Leonardonun komandanın "sükanı arxası"na gətirməyi arzuladığı ilk sima "Atalanta"nın baş məşqçisi Can Pyer Qasperinidi. Lakin onun gəlib-gəlməməsi "Atalanta"nın A seriyasında tutacağı yerdən asılı olacaq. "Atalanta" əgər çempionlar Liqasına vəsiqə qazansa, çalışdırıcı komandanı tərk etməyəcək.

Qeyd edək ki, "Atalanta" hazırda 4-cü, "Milan" isə 7-ci pillədə qərarlaşır. Bu komandalar arasında 3 xallıq fərq var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest