16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışını davam etdirir. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bakıda hazırlıq keçən milliyə daha bir futbolçu dəvət olunub.

Mayın 4-dən başlayan toplanışa 28 oyunçu çağırılmışdı.

Son olaraq "Qəbələ"nin üzvü Sahil Həsənov da komandaya qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest