"Atletiko"nun hücumçusu Dieqo Kosta İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Napoli" ulduz futbolçunun xidmətində maraqlıdı.

İtalyanların baş məşqçisi Karlo Ançelotti 30 yaşlı hücumçunu ixtiyarında görmək istədiyini rəhbərliyə çatdırıb. Neapolluların prezidenti Aurelio De Laurentis də İspaniya millisinin üzvünü transfer etmək şərtilə 1 illik icarəyə götürmək fikrindədi.

Qeyd edək ki, Dieqo Kostanın "Atletiko" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest