08 May 2019, 14:41
FUTBOL
Azərbaycan Premyer Liqasının sonuncu turunda baş tutacaq "Neftçi" – "Qarabağ" matçının "Bakcell Arena"da keçirilməsi gözlənilsə də, meydan sahibləri stadionun dəyişdirilməsi üçün hərəkətə keçib. Matc.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyinin bu addımı isə birmənalı qarşılanmayıb.
Bu haqda yenicag.az-a açıqlama verən "Qarabağ"ın icraçı direktoru Əmrah çəlikəl məsələyə münasibət bildirib. Klub rəsmisi oyunun qaydalara əsasən, əvvəldən təyin olunmuş məkanda – "Bakcell Arena"da keçiriləcəyini vurğulayıb:
"Məndə olan məlumata görə, hər hansı bir dəyişiklik olmayacaq. Oyun "Bakcell Arena"da keçiriləcək. Belə söhbətləri biz də eşitmişik. Amma yekun qərar matçın "Bakcell Arena"da baş tutacağı ilə bağlıdı. Digər məsələlərlə bağlı nəsə deməyim düz çıxmaz".
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" matçı mayın 11-də, saat 18:00-da start götürəcək. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.