"Roma" baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "canavarlar" "çelsi"nin çalışdırıcısı Mauritsio Sarriyə "elçi düşüb".

Paytaxt təmsilçisi ilk olaraq "çelsi"nin sabiq baş məşqçisi Antonio Konte ilə təmasa keçib. Kontedən "yox" cavabı alan "Roma" rəhbərliyi Sarriyə təklif göndərib. 60 yaşlı mütəxəssisin taleyi isə London klubunun mövsümü necə başa vurmasından asılı olacaq.

Qeyd edək ki, "Roma" A seriyasında 35 turdan sonra Klaudio Ranyerinin rəhbərliyi altında 6-cı pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest