08 May 2019, 17:58
FUTBOL
"Zenit"in hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, hər iki oyunçu azadlıqdan məhrum olunub.
Moskvanın Presnenski məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Kokorinin 1 il 6 ay, Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib. Hadisənin digər iştirakçıları olan Aleksandrın qardaşı Kirill Kokorin 1 il 6 ay, Aleksandr Protasovitski isə 1 il 5 ay müddətinə cəzalandırılıb.
Qərar qüvvəyə minənə qədər onlar həbsdə qalacaqlar.