Əminliklə deyə bilərəm ki, yeni mövsüm burda olmayacam. Hələlik gipsdən azad olmağa çalışıram və yeni komanda ilə danışıqlar aparıram. "Səbail"ə isə Avrokuboklarda uğurlar arzulayıram.

Ruslan Qurbanov yeni mövsümü "Səbail"də keçirməyəcək. Matc.az saytının məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib.

Şəxsi feysbuk səhifəsindən status paylaşan Qurbanov komandadan ayrılacağını bildirib: "Səbail"in bütün əməkdaşlarına keçirdiyim bir il üçün təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, yeni mövsüm burda olmayacam. Hələlik gipsdən azad olmağa çalışıram və yeni komanda ilə danışıqlar aparıram. "Səbail"ə isə Avrokuboklarda uğurlar arzulayıram. Bu qərarı vermək çətin idi, amma mənim üçün əsas məsələ daimi oynamaqdı".

Qeyd edək ki, TPL-in 27-ci turunda keçirilmiş "Səbail" – "Qarabağ" matçından əvvəl paltardəyişmə otağında yıxılan Ruslanın əli qırılmış, oyundan sonra isə gips qoyulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest