çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Liverpul"a 0:4 hesablı məğlubiyyət "Barselona"nın hücumçusu Lionel Messi üçün gecənin son uğursuz hadisəsi olmayıb. Matc.az saytının məlumatına görə, argentinalı futbolçunun qarşılaşmadan sonra da bəxti gətirməyib.

Belə ki, matç sona çatan kimi ənənəvi dopinq proseduru üçün seçilən Leonun işi uzun çəkib. Nümunə vermək üçün 2 saata yaxın ləngiyən oyunçunu komanda yoldaşları gözləməyib və aeroporta yollanıblar. Messi isə işi bitdikdən sonra hava limanına təkbaşına getməli olub.

Qeyd edək ki, cari mövsüm "Barselona"nın heyətində 47 oyunda meydana çıxan Leo 48 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest