09 May 2019, 10:12
FUTBOL
"Liverpul" hücumçusu Divok Oriqiyə yeni müqavilə təklif edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik çempionlar Liqasının yarımfinal mərhələsinin qəhrəmanlarından olan forvardı bu şəkildə mükafatlandırmaq istəyir.
"Barselona" ilə cavab qarşılaşmasında dubl edərək, komandasının finala çıxmasında böyük rol oynayan belçikalının performansı baş məşqçi Yurgen Kloppu məmnun edir. Almaniyalı mütəxəssis Oriqini digər ön xətt oyunçuları Xerdan Şakiri və Daniel Starricdən üstün tutur. Bu səbəbdən Oriqiyə 2020-ci ilin yayına qədər olan müqavilə müddətinin yenilənməsi təklif olunub.
Qeyd edək ki, futbolçu bu mövsüm meydana çıxdığı 20 oyunda 7 qol, 2 assistlə yadda qalıb.