UEFA çempionlar Liqasında birillik mübarizənin sonunda iki İngiltərə təmsilçisi finalda iştirak hüququ qazandı. Matc.az saytının məlumatına görə, "Liverpul" ardıcıl ikinci dəfə həlledici görüşə qədər irəliləyirsə, "Tottenhem" tarixində ilk dəfə bunu bacardı.

Britaniyalıları finala layiq sayanlar və saymayanlar var. Bu da başadüşüləndi. Onların necə çətin qrupdan çıxdıqlarını və hansı rəqibləri mübarizədən kənarlaşdırdıqlarını nəzərə alsaq, Madriddəki qarşılaşmaya layiq olduqlarını deyə bilərik.

Amma bir məqam da var ki, həm "Liverpul", həm də "Tottenhem" hətta qrupda da qala bilərmiş. "Barselona", "İnter" və PSV kimi komandalarla eyni qrupda yer almış londonlular yarımfinalda "Ayaks" qarşısında böyük çətinlik yaşamasına baxmayaraq, məhz Hollandiya klubu sayəsində qrup səddini aşa bildi. Son turda birinciliyi təmin edən "Barselona" ilə səfərdə bərabərə qalan Mauritsio Poçettinonun yetirmələrinin imdadına PSV yetişdi. Eyndhovenlilərin heç nəyə ümidi qalmasa da, onlar "İnter"lə səfərdə 1:1 edərək, italyanların deyil, məhz ingilislərin yolunu açdı. Halbuki, "İnter" öz meydanında PSV-yə qalib gələ bilsəydi, "Tottenhem" hazırda, bəlkə də  Avropa Liqasında final uğrunda yarışırdı.

"Liverpul" isə C qrupunda PSJ, "Napoli" və "Srvena Zvezda" ilə qarşılaşdı. 5 oyundan sonra aktivində cəmi 6 xalı olan "qırmızılar" son turda mütləq "Napoli"yə qalib gəlməli idi. Səfərdə İtaliya klubuna 0:1 hesabı ilə yenilən ingilislər evdə eyni hesablı qələbəyə sevindi. Xallar və şəxsi nəticələr bərabər olduğundan, "Liverpul"u qrupdakı top fərqi növbəti mərhələyə daşıdı. Halbuki, komanda "Napoli"yə evdə 1:0 deyil, 2:1 hesabı ilə qalib gəlsəydi, İtaliya klubu yoluna davam edirdi.

Pley-off mərhələlərində "Liverpul" "Bavariya" və "Barselona" kimi nəhəngləri mübarizədən kənarlaşdırıbsa, ondan geri qalmayan "Tottenhem"in qurbanları arasında Dortmund "Borussiya"sı və "Mançester Siti" var. London təmsilçisinin yarımfinalda üstələdiyi "Ayaks" isə buna qədər "Real" və "Yuventus"u mübarizədən kənarlaşdırdı.

 

Final
1 iyun, Madrid
"Liverpul" - "Tottenhem"

 

1/2 final
"Liverpul" - "Barselona" (İspaniya) - 0:3, 4:0
"Tottenhem" - "Ayaks" (Hollandiya) - 0:1, 3:2

1/4 final
"Liverpul" - "Porto" (Portuqaliya) - 2:0, 4:1
"Tottenhem" - "Mançester Siti" (İngiltərə) - 1:0, 3:4

1/8 final
"Liverpul" - "Bavariya" (Almaniya) - 0:0, 3:1
"Tottenhem" - "Borussiya" (Dortmund, Almaniya) - 3:0, 1:0

Qrup mərhələsi

B qrupu
"İnter" (İtaliya) - "Tottenhem" - 2:1
"Tottenhem" - "Barselona" (İspaniya) - 2:4
PSV (Hollandiya) - "Tottenhem" - 2:2
"Tottenhem" - PSV - 2:1
"Tottenhem" -  "İnter" - 1:0
 "Barselona" - "Tottenhem" - 1:1

1.

Barselona

6

4

2

0

14-5

14

2.

Tottenhem

6

2

2

2

9-10

8

3.

İnter

6

2

2

2

6-7

8

4.

PSV

6

0

2

4

6-13

2


C qrupu
"Liverpul" - PSJ (Fransa) - 3:2
"Napoli" (İtaliya) - "Liverpul" - 1:0
"Liverpul" - "Srvena Zvezda" (Serbiya) - 4:0
"Srvena Zvezda" - "Liverpul" - 2:0
PSJ - "Liverpul" - 2:1
"Liverpul" - "Napoli" - 1:0

1.

PSJ

6

3

2

1

17-9

11

2.

Liverpul

6

3

0

3

9-7

9

3.

Napoli

6

2

3

1

7-5

9

4.

Srvena Zvezda

6

1

1

4

5-17

4

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest