Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının hücumçusu Stefanie Ribeyro Avropa çempionatının pley-off mərhələsində Azərbaycanla oyunu buraxa bilər. Matc.az xəbər verir ki, buna səbəb 30 yaşlı forvardın hələ tam hazır olmamasıdı.

Bakıdakı ilk görüşü buraxan Meksikanın UNAM klubunun üzvü artıq zədəsini sağaldıb. Lakin o, son məşqdə də kollektivdən ayrı fərdi hazırlaşıb. Bu səbəbdən Ribeyronun bugünkü cavab matçını buraxması güman edilir.
Qeyd edək ki, bu gün Vizelada keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.