02 Noyabr 2024, 14:56
FUTBOL
"Barselona" yarımmüdafiəçilər Qavi və Pedrinin klubla 2026-cı ilin yayında başa çatacaq müqavilələrini uzadacağına əmindir. Mərkəz müdafiəçisi Ronald Arauxo ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar daha yavaş irəliləyir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Qavi və Pedri müqaviləni yenidən imzalamaq istədiklərini bildirsələr də, Arauxo bir neçə ay əvvəl Kataloniya klubundan aldığı təklifə hələ də cavab verməyib.
Bununla belə, hər iki tərəfin nümayəndələri gələn həftə görüş keçirməyi planlaşdırırlar. Kataloniyalıların düşərgəsi futbolçudan müsbət cavab gözləyir. Arauxonun "Barselona" ilə müqaviləsi də 2026-cı ilin yayında başa çatır.