"Şalke"ni yeni mövsümdən çalışdıracaq baş məşqçinin adı təsdiqlənib. Matc.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə David Vaqnerlə anlaşdığını bəyan edib.

Tərəflər arasında 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. Vaqner yeni klubundakı işinə iyunda başlayacaq.

Martda baş məşqçisi Domeniko Tedoskonu istefaya göndərən "Şalke" bu mövsümün sonuna kimi komandanı hollandiyalı Huub Stevensin çalışdıracağı açıqlamışdı. Gelzenkirxen təmsilçisi mövsümün sonuna 2 tur qalmış 31 xalla 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Vaqnerin son klubu "Haddersfild" olub. O, 1995-1997-ci illər aralığında "Şalke"də futbolçu kimi çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest