Qazaxıstan kubokunda yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol"un rəqibi müəyyənləşib.

1/4 finalda "Kayrat"ı darmadağınla (5:1) üstələyən Kostanay təmsilçisinin final yolundakı son rəqibi "Kaysar" olacaq. Digər cütlükdə isə "Ordabası" ilə "Atırau" qarşılaşacaq.

Bu mərhələ 2 oyundan ibarət olacaq. İlk görüş mayın 22-də "Tobol"un, cavab qarşılaşması isə iyunun 19-da "Kaysar"ın meydanında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest