Topaz Premyer Liqasının daha bir klubu maliyyə hesabatını açıqlayıb. Matc.az xəbər verir ki, "Keşlə" 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.

Bildirilib ki, çempionatda sonuncu yeri tutan bakılıların ötən il ərzində gəlirləri 5 milyon 271 min 800 manat, xərcləri isə 5 milyon 739 min 900 manat təşkil edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest