Azərbaycanın daha bir klubu maliyyə hesabatını açıqlayıb. Matc.az xəbər verir ki, "Neftçi" 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.

Bildirilib ki, "ağ-qaralar"ın ötən il ərzində gəlirləri 11 milyon 205 min 800 manat, xərcləri isə 9 milyon 668 min 800 manat təşkil edib.

Hesabatda klubun cari öhdəlikləri 1 milyon 53 min 100 manat, cəmi öhdəlikləri 2 milyon 652 min 100 manat, cəmi kapitalı 12 milyon 603 min 500 manat, cəmi aktivləri isə 15 milyon 255 min 600 manat göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest