Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə Bakı "Böyük dəbilqə" turnirində ilk günün qaliblərinin adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə yarışın gümüş medalını qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Moldova təmsilçisi Denis Vieru ilə görüşdən məğlub ayrılıb.

İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kiloqram çəkidə mübarizə aparıb.

Qadınların yarışında İspaniya təmsilçisi Laura Martinez (48 kq), fransalı Amadine Buçxard (52 kq) və Braziliya idmançısı  Rafaela Silva (57 kq) qalib olub.

Kişilərdən isə braziliyalı Felipe Kitadai (60 kq) və moldovalı Denis Vieru qızıl medala sahib olublar.

Qeyd edək ki, 56 ölkədən 431 cüdoçunun yarışdığı turnirə mayın 12-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest