11 May 2019, 02:05
FUTBOL
Roberto Firimino çempionlar Liqasının final matçında oynaya bilər. Matc.az saytının məlumatına görə, "Barselona" ilə yarımfinal cavab oyununda zədə səbəbindən meydana çıxa bilməyən braziliyalı hücumçu "Tottenhem"lə həlledici görüşdə "Liverpul"un formasını geyinə bilər.
Lakin forvard İngiltərə Premyer Liqasının sonuncu turunda "Vulverhempton"la qarşılaşmada meydana çıxa bilməyəcək. Əzələsi dartılan futbolçunun müalicəsi davam edir.
Qeyd edək ki, "Liverpul" – "Vulverhempton" oyunu mayın 12-i keçiriləcək.