"Tottenhem"in baş məşqçisi Mauritsio Poçettino komandadan ayrılacağını istisna etməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus"dan təklif alan argentinalı mütəxəssis çempionlar Liqasının final oyunundan sonra İtaliyaya köçə bilər.

Poçettino yerli mətbuata açıqlamasında məhz "Liverpul"la həlledici qarşılaşmadan sonra bu barədə düşünəcəyini söyləyib: "Düşünürəm ki, 5 ildən sonra gələcəyim barədə düşünməyin vaxtı gəldi. Layihə və klub tərəfindən həll ediləcək işlər barədə məlumat əldə etmək çox vacibdi. Gələcəkdə necə olacaq? Bu, sual olaraq qalır. İzah etmək çətindi, klubun başçısı ilə görüşməliyəm. çempionlar Liqasının finalı inanılmaz olacaq. Həmin matçdan sonra gələcəyim barədə düşünməyə vaxtım olacaq".

Qeyd edək ki, Mauritsio Poçettino 2014-cü ildən "Tottenhem"i çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest