"Mançester Yunayted" mövsüm başa çatmamış ilk ayrılığını açıqlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Ander Errera yola salınıb.

Futbolçu özü də açıqlamasında başa çatan müqavilə müddətini yeniləməyəcəyini bildirib: "İngiltərənin ən böyük klubunda oynamaq şərəf idi. Geridə qalan 5 gözəl il üçün təşəkkür edirəm". 30 yaşlı futbolçunun karyerasını PSJ-də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Ander Errera "Mançester Yunayted"ə 2014-cü ildə "Atletik"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest