11 May 2019, 18:24
FUTBOL
"Neftçi" mövsümün son turunda itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, komandanın hücumçusu Baqali Dabo "Qarabağ"la qarşılaşmanın 18-ci dəqiqəsində əvəzlənib.
Görüşün əvvəllərində ayağından xəsarət alan fransalı əvəzlənmək istəsə də, məşqçilər korpusunun təkidi ilə meydana qayıtmışdı. Hətta "ağ-qaralar"ın bombardiri qol vurmaq imkanı da yaxalanmışdı. Lakin penaltini qola çevirə bilməyən Dabo "Qarabağ" hesabı açdıqdan dərhal sonra yerini Namiq Ələsgərova verib. Bu isə o deməkdi ki, bu mövsüm Premyer Liqanın bombardiri bu qarşılaşmada fərqlənərək önə keçən Mahir Mədətov olacaq.
Qeyd edək ki, ilk hissəsi gedən "Neftçi" - "Qarabağ" oyununda qonaqlar 1:0 hesabı ilə öndədi.