UEFA Çempionlar Liqasında Liqa mərhələsinin V turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

Günün ən maraq doğuran qarşılaşması İngiltərədə keçirilib. "Liverpul" doğma meydanda "Real"ı qəbul edib. Görüş meydan sahiblərinin iki cavabsız qolu ilə nəticələnib.

"Aston Villa" - "Yuventus" matçında hesab açılmayıb. "Borussiya" isə Zaqreb səfərində "Dinamo"ya qalib gəlib.

Qeyd edək ki, növbəti turun otunları 10-11 dekabr tarixlərində keçiriləcək.

Çempionlar Liqası
Liqa mərhələ
si, V tur
27 noyabr

"Srvena Zvezda" (Serbiya) – "Ştutqart" (Almaniya) - 5:1
Qollar:
 Silas, 12. Kruniç, 31. İvaniç, 65. Radonyiç, 69, 88 // Demiroviç, 5

"Şturm" (Avstriya) – "Jirona" (İspaniya) - 1:0
Qol: Bieret, 59

"Liverpul" (İngiltərə) - "Real" (Madrid, İspaniya) - 2:0
Qollar:
Mak Allister, 52, Qakpo, 76 

"Aston Villa" (İngiltərə) - "Yuventus" (İtaliya) - 0:0

"Monako" (Fransa) – "Benfika" (Portuqaliya) - 2:3
Qollar: 
Ben Segir, 13, Maqassa, 67 // Pavlidis, 48, Kabral, 84, Amdouni, 88

"Bolonya" (İtaliya) – "Lill" (Fransa) - 1:2
Qollar: 
Lukumi, 63 // Mukau, 44, 66

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Borussiya" (D, Almaniya) - 0:3
Qollar:
 Qittens, 41, Bensabaini, 56, Qurassi, 90

"Seltik" (Şotlandiya) – "Brügge" (Belçika) - 1:1
Qollar:
 Maeda, 60 // Kameron, 26 (aq)

PSV (Niderland) – "Şaxtyor" (Ukrayna) - 3:2
Qollar:
 Tillman, 87, 90, Pepi, 90+5 // Sikan, 8, Zubkov, 37

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest